İsti su kəməri şəbəkələri bu normaların tələblərinə uyğun layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Havanı kənarlaşdırmaq və sistemdəki suyu boşaltmaq üçün qurğular bu normaların tələblərinə əsasən layihələndirilməlidir. Hündürlüyü 4 mərtəbədən çox olan yaşayış və ictimai binalarda su götürən dik boruları halqalandırıcı ara bağlantıları ilə bölməli qovşaqlara, hər bir su götürən qovşaq bir sirkulyasiya boru kəməri ilə sistemin sirkulyasiya yığıcı boru kəmərinə birləşdirilməlidir.
Bölməli qovşaqlara üçdən yeddiyə qədər su götürən dik boru birləşdirilməlidir.
Halqalandırıcı ara bağlantıları:
– isti çardaqda;
– temperatur mənfi 400C və daha aşağı olan rayonlarda borulara istilik izolyasiya örtüyü vurmaqla soyuq çardaqlarda;
– suyu dik borulara aşağıdan verdikdə yuxarı mərtəbənin tavanının altında;
– suyu dik borulara yuxarıdan verdikdə isə zirzəmidə çəkilməlidir.