Açılma zamanı tərkibində çatışmazlıq, dəyişdirilmə, zədələnmə və ya korlanma aşkar olunmuş poçt göndərişini almaqdan alıcı imtina etdikdə, bu barədə poçt işçisi tərəfindən üç nüsxədə müvafiq akt tərtib olunur və tərtib olunmuş akt onun, poçt obyektinin rəhbəri və alıcı tərəfindən imzalanır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Aktın bir nüsxəsi alıcıya verilir, digər nüsxəsi poçt göndərişinə əlavə edilməklə göndəriciyə qaytarılır, üçüncü nüsxə isə xidməti təhqiqat aparılması üçün poçt obyektində saxlanılır.