Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.

Heftelik.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porşe” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.