Poçt göndərişlərinin, pul köçürmələrinin poçt obyekti tərəfindən hansı hallarda göndəriciyə qaytarıldığı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Poçt göndərişləri, pul köçürmələri poçt obyekti tərəfindən aşağıdakı hallarda göndəriciyə qaytarılır:

– saxlanma müddəti bitdikdə;

– göndəricinin yazılı ərizəsi əsasında;

– ünvançı poçt göndərişini almaqdan imtina etdikdə;

– ünvançı göstərilən ünvanda yaşamadıqda;

– ünvançı vəfat etdikdə;

– poçt göndərişinin üzərində alıcının ünvanı tam və ya dəqiq göstərilmədikdə, habelə silinmiş, qopmuş və ya zədələnmiş olduqda;

– poçt göndərişi ünvançı tərəfindən tələb olunmadıqda.