Rusiyanın Kaluqa vilayətinin yurisdiksiya məhkəməsi Azərbaycan vətəndaşı olan qadına 10,5 il qiyabi həbs hökmü çıxarıb.
Heftelik.az məhkəmənin saytına istinadən xəbər verir ki, həmin qadın 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına qədər Kaluqa şəhərində kiçik uşaqlarını qidalanmadan məhrum edib.
Nəticədə onun oğlundan biri ölüb, digər ikisi isə orta-ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu hadisə üzə çıxandan sonra qadın Azərbaycana gedib.
“Cinayət işinə məhkəmədə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılıb: o, ailəsini tərk edərək Azərbaycan Respublikasına gedib və orada vətəndaşlıq alıb”, – Kaluqa vilayətinin Ümumi yurisdiksiya məhkəmələrinin Birləşmiş Mətbuat Xidməti xəbər verir.
Qadın qalan uşaqları ilə bağlı valideynlik hüququndan da məhrum edilib və beynəlxalq axtarışa verilib.