Beynəlxalq qeydiyyatlı poçt göndərişləri sadə xəbərnamə ilə göndərilmə üçün qəbul edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Beynəlxalq poçt göndərişləri “Exspress” (“Təcili çatdırma”) qeydi ilə göndərilmə üçün qəbul edilə bilər. Bu göndərişlər poçt obyektinə daxil olduqdan dərhal sonra onların kuryer vasitəsilə ünvançılara çatdırılması təmin edilir. “Şəxsən verilmə” qeydli beynəlxalq sifarişli poçt göndərişləri yalnız çatdırma haqqında xəbərnamə ilə göndərilmə üçün qəbul edilir.