27 dekabr 2023-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixli, 3696 nömrəli Sərəncamının 2.3.-cü bəndinə uyğun olaraq, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirələrinin keçirilməsi ilə bağlı dəyirmi masa keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə hesabatlılığın təmin edilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılmış, təkliflər verilib.