Arxiv işləri istifadə üçün mühafizəxanalardan arxiv işləri bölməsinin qiraət zalına verilir və ya tələb edən quruma göndərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Arxiv işləri yalnız yazılı sorğu əsasında verilir və göndərilir.

Sorğuda sənədlə tanış olmanın məqsədi, mövzu, istifadə müddəti, yeri, icraçı şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməlidir.