İsti su kəməri şəbəkələri layihələndirilən zaman temperatur dəyişməsinin boruların uzunluğuna təsirini tənzimləyən tədbirlər nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

İsti su təchizatı sistemlərində suayırıcı cihazlara isti suyu çatdıran borular istisna olmaqla suverici və sirkulyasiya boru kəmərlərinin istilik izolyasiyası nəzərdə tutulmalıdır. İzolyasiyanın hesabatı AzDTN 2.12-6-nın göstərişlərinə uyğun aparılmalıdır.