Cinayət prosesi iştirakçısının şikayətinə təxirə salınmadan və hər bir halda cinayət prosesini həyata keçirən orqanın onu aldığı gündən 3 (üç) gündən gec olmayaraq baxılmalıdır.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət prosesində iştirak edən digər şəxslərin şikayətlərinə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən şikayətin alındığı gündən 15 (on beş) gündən gec olmayaraq baxılır. Bu Məcəllədə şikayətlərə baxılmasının digər müddətləri də nəzərdə tutula bilər.