Hündürlüyü 50 m-dən artıq və həcmi 50 000 m3-ə qədər olan ictimai və istehsalat binalarında (kateqoriyasından asılı olmayaraq) daxili yanğınsöndürməyə su sərfi və şırnaq sayı hər birinin sərfi 5 l/s olan 4 şırnaq; binaların həcmi 50 000 m3-dən artıq olduqda – hər birinin sərfi 5 l/s olan 8 şırnaq qəbul edilməlidir.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Daxili yanğınsöndürmə su kəmərinin qurulması vacib olan istehsalat və anbar binalarında daxili yanğınsöndürməyə cədvəl 3-dən təyin olunmuş su sərfləri artırılmalıdır:

IIIa və IVa odadavamlılıq dərəcəsinə malik binalarda mühafizə olunmayan polad konstruksiyalardan, həmçinin bütöv və ya yapışdırılmış oduncaqdan (o cümlədən odadavamlı maddələrlə örtülmüş) karkas elementləri tətbiq edildikdə – 5 l/s (bir şırnaq);

IVa odadavamlılıq dərəcəsinə malik binaların xarici divar konstruksiyalarında yanan materiallardan isidicilər tətbiq edildikdə həcmi 10 000 m3-ə qədər olan binalar üçün – 5 l/s (bir şırnaq); həcmi 10 000 m3- dən artıq olan binalar üçün sonrakı tam, yaxud tam olmayan hər 100000 m3 həcmə əlavə olaraq – 5 l/s (bir şırnaq).

Bu yarımbəndin tələbləri yanğın əleyhinə daxili su kəmərinin nəzərdə tutulması tələb olunmayan binalara şamil edilmir.