Beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağan olan mal və əşyalar “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 214-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların siyahısı”na və Ümumdünya Poçt İttifaqı aktlarına uyğun olaraq müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.