Qeydiyyatlı beynəlxalq poçt göndərişləri, habelə “Exspress” və “Şəxsən verilmə” qeydli beynəlxalq poçt göndərişləri siyahısı və poçt göndərişlərinin qəbul şərtləri yalnız “Rəhbərlik”də müəyyən olunmuş ölkələrə göndərilmə üçün qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
“Konsiqnasiya” qeydli qrupla beynəlxalq poçt göndərişlərinin göndərilməsi Azərbaycan Respublikasının və digər dövlətlərin poçt rabitəsi operatorları arasında bağlanmış müqavilə əsasında göstərilir.