Baytarlıq-sanitariya ekspertizasının nəticəsinə uyğun olaraq cəmdək və ya onun hissələrinə vurulan baytarlıq nişanlanmasında qida məhsulları və insan sağlamlığı üçün zərərsiz rəngləyicilərdən istifadə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Kəsim məntəqələrinə daxil olmuş heyvanların və ya quşların kəsimdən əvvəl və sonra baytarlıq-sanitariya ekspertizasının nəticələri dövlət baytarlıq müfəttişi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 may 2007-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət nümunəvi baytarlıq uçot və hesabat sənədləri blanklarının Forması”na uyğun olaraq tərtib edilmiş dövlət nümunəvi baytarlıq uçotu sənədlərinə (jurnallarına) uyğun olaraq uçotu aparılır.