İstilik məntəqələrində (mərkəzləşdirilmiş və ya fərdi) isti su sərfini ölçmək üçün sayğaclar suqızdırıcı cihazlara soyuq su verən boru kəmərlərində quraşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Bina və qurğularda isti su birbaşa istilik şəbəkəsindən götürüldükdə (açıq istilik təchizatı sistemlərində) isti su sayğacları qarışdırıcı qovşaqlardan əvvəl və ümumi sirkulyasiyaetdirici boru kəmərində qoyulmalıdır.