“İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”nin tətbiq dairəsi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu tələblər ilkin istehsala və aşağıdakı əlaqəli fəaliyyətlərə tətbiq olunur:
– ilkin istehsal məhsullarının istehsal ərazisində daşınması, saxlanması və ilkin xüsusiyyətlərinə əhəmiyyətli dəyişiklik edilmədən emalı (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən);
– diri heyvanların daşınması;
– məhsulun ilkin xüsusiyyətinə əhəmiyyətli dəyişiklik etmədən ilkin istehsal məhsulların istehsal yerindən digər qida obyektlərinə daşınması.