Ünvançı poçt göndərişinin alınması üçün gəlmədiyi halda ona poçt göndərişinin daxil olması haqqında təkrar bildirişlərin hansı müddətlərdə və qaydada çatdırıldığı açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Ünvançı poçt göndərişinin alınması üçün gəlmədiyi halda ona poçt göndərişinin daxil olması haqqında təkrar bildirişlər aşağıdakı müddətlərdə və qaydada çatdırılır:
– pul köçürmələri və “Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” və “İcra qeydi bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli sifarişli məktublar üzrə ilk bildirişin çatdırıldığı andan üç iş günü keçdikdən sonra alıcıya imza etdirməklə;
– digər sifarişli məktublar üzrə ilk bildirişin çatdırıldığı andan beş iş günü keçdikdən sonra ünvan qutusuna qoyulmaqla;
– digər qeydiyyatlı göndərişlər üzrə ilk bildirişin çatdırıldığı andan beş iş günü keçdikdən sonra alıcıya imza etdirməklə.