İstehsalat ehtiyacları üçün nasos qurğuları onun ətrafı hasarlanmaqla bilavasitə su işlədən sexlərdə yerləşdirilməlidir.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Təsərrüfat-içməli və istehsalat nasos qurğularının məhsuldarlığı:

– tənzimləyici həcm olmadıqda saniyəlik maksimal sərfdən az olmayaraq;- təkrar-qısamüddətli rejimdə işləyən su-basqı və ya hidropnevmatik çən və nasoslar olduqda saatlıq maksimal sərfdən az olmayaraq;

– su-basqı çəni və ya rezervuarın tənzimləyici həcmindən maksimum istifadə etməklə qəbul edilməlidir.