Tullantının müxtəlif səbəblərə görə müəssisənin ərazisində və əmələ gəlmə sahəsində saxlanılması araşdırılır.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Əgər tullantı daşınma, emal və ya təkrar istifadə üçün ərazilərdə saxlanılırsa, onda ərazidə müvafiq qurğuların olması, saxlanılma sahəsinin statusu, tullantının xüsusiyyəti və müəssisədə mövcud şəraitin səviyyəsi yoxlanılır.
Müəssisənin ərazisindən tullantıların daşınması nəqliyyat sənədlərinin yoxlanılması yolu ilə müəyyən edilir.