Yanğınsöndürmə suyunu nəql etdirən dik boruların qoyulacağı yerlərin, onların və yanğın kranlarının sayı təyin edildikdə nələrin nəzərə alınmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğınsöndürmə suyunu nəql etdirən dik boruların qoyulacağı yerlərin, onların və yanğın kranlarının sayı təyin edildikdə aşağıdakılar nəzərə alınmalıdır:
– şırnaqların hesablama sayının 3-dən az olmadığı istehsalat və ictimai binalarda, ikidən az olmadığı yaşayış binalarında dik borularda cütləşdirilmiş yanğın kranlarının qoyulmasına yol verilir;
– dəhlizinin uzunluğu 10 m-ə qədər, hesablama şırnaqların sayı 2 olan yaşayış binalarında otaqların hər bir nöqtəsinə bir dik borudan qidalanan iki şırnaqla sulanmasına yol verilir;
– hesablama şırnaqların sayı iki və daha çox, dəhlizinin uzunluğu 10 m-dən artıq olan yaşayış binalarında, həmçinin istehsalat və ictimai binalarda otağın hər bir nöqtəsi iki şırnaqla sulanmalıdır – iki qonşu dik borunun hər birindən (yanğınsöndürmə avadanlığı yerləşən müxtəlif dolablardan) bir şırnaq olmaqla.