Azərbaycan İsrail və Fələstin arasında gərginləşən vəziyyətlə bağlı region ölkələri ilə təmasda olub
Heftelik.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
Qeyd edilib ki, Azərbaycan münaqişə ilə bağlı Ciddə və Ər-Riyad şəhərlərində keçirilən fövqəladə iclaslarda iştirak edərək Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini ifadə edib: “Qardaş Türkiyədə baş verən zəlzələdən sonra bu ölkəyə yardım və Ukrayanaya göndərilən humanitar yardım Azərbaycanın verdiyi humanitar yardımlar arasında xüsusi çəki təşkil edir. Azərbaycan, həmçinin Qəzza zolağındakı mülki əhaliyə yardım məqsədilə BMT-nin fələstinli qaçqınlara yardım üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) 2 milyon dollar vəsait ayırıb”.