Bakıda avtomobil idarəetməni itirərək Heydər məscidinin divarına çırpılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  Salyan sakini Müslim Saidov idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkət edərkən idarəetməni itirib  və avtomobili məscidin hasarına çırpılıb.

Qəza nəticəsində sürücü və sərnişin Nihat Mehdizadə müxtəlif növ xəsarətlər alıblar. Digər sərnişin Ədalət Hətəmov hadisə yerində ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı hasara çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə, 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.