İşlənmiş ərazilərdə tikilən binalarda daxili soyuq və isti su təchizatı sistemləri layihələndirilərkən yer səthi qruntunun və binaların elementlərinin deformasiyasının təsirindən TN və Q 2.01.09-a əsasən müdafiə tədbirləri nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Boru kəmərlərinin müdafiəsi tədbirlərinin təyini üçün yer səthinin sürüşməsi və deformasiyasının gözlənilən qiymətləri layihələndirilən bina üçün dağ-geoloji əsaslandırmaya uyğun qəbul edilməlidir. Binanın ayrı-ayrı bölmələrinin və elementlərinin yerdəyişmə qiymətləri geoloji hesablamaların nəticələri əsasında seçilməlidir.