İçərisində yanan materiallar və konstruksiyalar olan texniki mərtəbələrdə, çardaqlarda və texniki zirzəmilərdə yanğın kranları nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bir dik borudan qidalanan şırnaqların sayı ikidən artıq olmamalıdır. Şırnaqların sayı dörd və daha çox olduqda tələb olunan ümumi su sərfini almaq üçün qonşu mərtəbələrdəki yanğın kranlarından istifadəyə yol verilir.