Giriş boru kəmərlərinin döngələrində şaquli və ya üfüqi müstəvidə boru birləşmələrində yaranan qüvvələri qəbul edən dayaqlar nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Boru kəmərləri girişlərinin bina divarları ilə kəsişməsi aşağıdakı kimi yerinə yetirilməlidir:

– quru qruntlarda boru kəmərinin divarı və inşaat konstruksiyası arasında 0,2 m məsafə saxlamaqla və bu boşluğu su və qaz keçirməyən (qazlaşdırılmış ərazilərdə) elastik materiallarla doldurulmaqla;

– nəm qruntlarda boşluğa kipkəclər qoymaqla.