Boru kəmərlərinin divar hörgülərində və bina bünövrələrində sərt bərkidilməsinə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Divarlardan və bünövrələrdən boruların keçirilməsi üçün açılan deşiklərdə, boru və inşaat konstruksiyaları arasında binanın bünövrəsinin deformasiyasının hesablama qiymətinə bərabər məsafədə boşluq təmin olunmalıdır. Bünövrələrdəki deşiklərdə olan boşluqlar qaz və su keçirməyən sıx elastik materialla doldurulmalıdır.