İnsanların çox toplandığı və yanar materiallarla tamamlama işləri aparılmış zallarda daxili yanğınsöndürmə üçün şırnaqların sayı göstəriləndən bir ədəd artıq qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Aşağıdakı hallarda daxili yanğın əleyhinə su kəmərlərinin nəzərdə tutulmamasına yol verilir:
- a) həcmi və ya hündürlüyü cədvəl 2 və 3-də göstəriləndən az olan bina və otaqlarda;
- b) ümumi təhsil müəssisələrində (internat tipli məktəblər, stasionar kino aparatları ilə təchiz edilmiş iclas zalları olan məktəblər istisna olmaqla), həmçinin hamamlarda;
- c) istənilən sayda yeri olan və mövsümi fəaliyyət göstərən kinoteatr binalarında;
ç) sudan istifadə edilməsi partlayış, yanğın, alovun yayılmasına səbəb ola biləcək istehsalat binalarında;
- d) həcmindən asılı olmayaraq D və E kateqoriyalı I və II odadavamlılıq dərəcəsi olan istehsalat binalarında və həcmi 5000 m3-dən çox olmayan D və E kateqoriyalı III-V odadavamlılıq dərəcəsi olan istehsalat binalarında;
- e) sənaye müəssisələrinin təsərrüfat-içməli və ya istehsalat su kəmərləri olmayan, yanğının söndürülməsi üçün suyun xüsusi həcmlərdən (rezervuarlardan, sututarlardan) götürülməsi nəzərdə tutulan istehsalat və inzibati-məişət binalarında, həmçinin meyvə-tərəvəzlərin saxlandığı otaqlarda və soyuducularda;
ə) qaba yem, pestisidlər və mineral gübrə anbarları olan binalarda.
Qeyd. Kənd təsərrüfatı məhsullarını emal edən C kateqoriyalı , I və II odadavamlılıq dərəcəli, həcmi 5000 m3-ə qədər olan istehsalat binalarında daxili yanğın əleyhinə su kəmərlərinin nəzərdə tutulmamasına yol verilir.