Şikayət cinayət prosesi iştirakçısı və ya cinayət prosesində iştirak edən digər şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanmadıqda, yaxud şikayət edilən hərəkət və ya qərar göstərilmədikdə, baxılmadan saxlanıla və ya geri qaytarıla bilər.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri aşağıdakı şəxslərin geri götürməyə hüququ var:
– şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər);
– müdafiəçisinin şikayətini — şübhəli və ya təqsirləndirilən şəxs;
– nümayəndəsinin şikayətini (qanuni nümayəndənin şikayətindən başqa) — mülki iddiaçı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki cavabdeh.