Şəhər su kəmərində tələb olunan təzyiq olmadıqda qapalı istilik təchizatı sistemlərində əlavə gücləndirici nasoslar kimi suverici boru üzərində yerləşdirilmiş sirkulyasiyaedici nasoslardan istifadə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu zaman nasos isti su təchizatı sisteminin minimal suayırmada sirkulyasiya rejimində işləməsini təmin etməlidir. Dəyişən tələbat yüklü, yerli gücləndirici nasos aqreqatları tənzimlənən tezlikli intiqrallı nəzərdə tutulmalıdır.
Su-basqı və ya hidropnevmatik çənli binalarda nasos aqreqatları tənzimlənən tezlikli intiqalı olmadan qoyulmalıdır.