“Tələb olunanadək” və abunə qutusuna ünvanlanmış qeydiyyatlı poçt göndərişlərinin daxil olması barədə təkrar bildirişlər uyğun olaraq “Tələb olunanadək” ünvanlı göndərişlərin kartotekasına və ünvançının abunə qutusuna qoyulur.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyətsizliyi məhkəmə qaydasında tanınmış şəxslərə ünvanlanmış poçt göndərişləri bu şəxslərin qanuni nümayəndələrinə, onlar tərəfindən şəxsiyyəti təsdiq edən sənəd və ünvançı ilə qohumluğu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) və ya qəyyum və ya himayəçi təyin olunmaları barədə qəyyumluq və himayəçilik orqanının qərarı təqdim edilməklə verilir.