Geri qaytarılmış poçt göndərişinin göndəriciyə çatdırılması/verilməsi mümkün olmadıqda və ya göndərici onu almaqdan imtina etdikdə, geri qaytarılmış poçt göndərişi paylanmayanlar siyahısına daxil edilir və müvəqqəti olaraq poçt rabitəsi operatorunda saxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt göndərişləri (sürətli poçt göndərişləri istisna olmaqla), pul köçürmələri göndəricinin (ünvançının) ərizəsi əsasında poçt rabitəsi operatoru tərəfindən müəyyən olunmuş tariflərə uyğun ayrıca ödəniş olunmaqla başqa ünvana çatdırılır.