Cəlilabadda kanalda boğulanlar azyaşlı bacılardır.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, kanalda boğulanların 4 yaşlı Abdullayeva Nərmin Vüsal qızı və onun bacısı 7 yaşlı, birinci sinif şagirdi Leyladır.
İlkin məlumata görə, 4 yaşlı Nərmin kanala düşüb, bacısı ona kömək etmək istəyən zaman suya yıxılıb.
Prokrorluq Cəlilabadda iki azyaşlı bacının kanalda boğulması faktını araşdırır. Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlının meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 16.44
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, rayonun Uzuntəpə kəndi ərazisində iki nəfər Cənubi-Muğan kanalına düşərək boğulub.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.