Əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Heftelik.az-a verilən məlumata görə, 14 aprel 2024-cü il tarixində aşağıdakı imtahanlar keçiriləcək:

– Əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı

– Ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan

– Eksternat qaydasında buraxılış imtahanı

5 may 2024-cü il tarixində isə aşağıda qeyd olunan imtahanlar keçiriləcək:

– Əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı

– Kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan

– Eksternat qaydasında buraxılış imtahanı

Qeyd olunub ki, DİM tərəfindən keçiriləcək digər imtahanların qrafiki 2024-cü ilin yanvar ayı ərzində paylaşılacaq.