Hermetik qablaşdırma qida məhsulunun çirklənməsinə və ya bütövlüyünün pozulmasına səbəb olan təhlükələrin keçməsindən mühafizəni təmin edən konstruksiyaya malik olan tutum, tara, qab və digərləridir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”da əksini tapıb.
Tez xarab olan məhsullar özünəməxsus təbiəti və ya emal mərhələlərindən asılı olaraq ilkin istehsal, istehsal və ya emal edildikdən sonra 30 günə qədər yararlılıq müddəti olan və yararlılıq müddəti ərzində daşınması, saxlanması və satışının həyata keçirilməsi üçün tələblərə uyğun olan qida məhsullarıdır.