İsti su götürülən yerlərdə su DÜİST 2761-in tələblərinə uyğun olmalı və qəbul edilən suyun temperaturu istilik sistemindən asılı olmayaraq 60°C-dən aşağı və 65°C-dən artıq olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu maddənin tələbləri müəssisənin istehsalat (texnoloji), həmçinin xidmət heyətinin ehtiyaclarını ödəməyə su götürülən yerlərə şamil edilmir. İstehsalat ehtiyaclarını ödəməyə verilən suyun keyfiyyəti layihə tapşırığına (texnoloji tələblərə) əsasən təyin edilir.