Poçt göndərişlərinin üzərində, bağlamaların müşayiət sənədlərində, çatdırma haqqında xəbərnamə blanklarında və pul köçürmələrinin blanklarında göndərici və ünvançının ünvanları göndərici tərəfindən yazılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Bu xidmətlər göndəricinin istəyi ilə əlavə xidmətə görə müvafiq ödəniş əsasında poçt işçisi tərəfindən yerinə yetirilə bilər.