Beynəlxalq ödəmə şərtli poçt göndərişləri yalnız poçt rabitəsi operatorları arasında müvafiq müqavilənin bağlanmış olduğu ölkələrə göndərilmə üçün qəbul edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.

Poçt göndərişi və pul köçürməsi alıcıya verilən anadək göndəricinin mülkiyyəti hesab olunur.