Ər-Riyadda “Qalatasaray”la “Fənərbaxça”arasında oynanılmalı olan “Türkcell Super Kuboku”nun finalı təxirə salınıb.
Heftelik.az-ın məlumatına görə, buna səbəb Səudiyyə Ərəbistanı hökumətinin Superkubok matçında meydanda Mustafa Kamal Atatürk “Yurtta Sulh, Cihanda Sulh!” pankartının qaldırılmasına və komandaların meydana Atatürkün fotosunun olduğu köynəklərlə çıxmasına icazə verilməməsidir.
Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.