Su kəməri girişləri olacaq yerlərdə bünövrələr boru kəməri novundan ən azı 0,5m aşağı endirilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Kanallarda və ya futlyarlarda çəkilən boru kəmərlərindən su sızmalara nəzarət etmək üçün diametri 1 m olan nəzarət quyularının tikilməsi nəzərdə tutulmalıdır. Kanalın və ya futlyar borusunun novunun dibindən quyunun dibinə qədər olan məsafə 0,7 m-dən az qəbul edilməməlidir. Quyunun divarları 1,5 m hündürlükdə və onun dibi hidroizolyasiya edilməlidir. Quyular II tip qruntlarda tikildikdə onların əsaslarının altı 1 m dərinliyə qədər sıxlaşdırılmalıdır.