İsti və soyuq su sayğacları boru kəmərinin üfüqi sahələrində qoyulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Pasportunda göstərilən hallarda sayğacın boru kəmərinin şaquli və ya maili sahələrində quraşdırılmasına yol verilir.

Soyuq və isti su sayğacları qovşaqlarının boru xətləri layihələndirilərkən aşağıdakılar nəzərə alınmalıdır:

– sayğac quraşdırılmış sahədə suyun verilməsini dayandırmaq üçün su sayğacının girişində və çıxışında bağlayıcı armatur (kürəşəkilli kranlar, keramik şaybalı ventillər, rezin təbəqəli pazlı siyirtmələr və s.) nəzərdə tutulmalıdır; mənzil sayğacları üçün bağlayıcı armatur yalnız suyun hərəkəti istiqamətində sayğaca qədər quraşdırıla bilər;

– sayğacla (mənzil sayğacları istisna olmaqla) ikinci bağlayıcı armatur (suyun axdığı istiqamətdə) arasındakı sahədə sayğacların metroloji yoxlanması qurğularını birləşdirmək üçün sabit tıxacı olan nəzarət bağlayıcı tərtibat qoyulmalıdır; belə bir tərtibat həmçinin, bağlayıcı qurğudan sonra ən çoxu 0,5 m məsafədə qoyulmalıdır; diametri 50 mm-ə qədər olan pərli su sayğacları üçün nəzarət kranlarının diametri 15 mm, diametri 50 mm-dən böyük olan turbinli sayğaclar üçün isə  25 mm olmalıdır;

– sayğacların hər iki tərəfində uzunluqları sayğacların pasportunda göstərilənlərə uyğun düzxətli boru sahəsi nəzərdə tutulmalıdır.