Müəssisədə əmələ gələn tullantı üzrə ümumi nəticə əldə edildikdən sonra, tullantının təhlükəli olması və onun ətraf mühitə və insan sağlamlığına təsiri müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Tullantının təhlükəli olmasını sübut etmək üçün onun tərkibini təşkil edən maddələrin fiziki-kimyəvi xassələri, toksikilik sinfi, yanma qabiliyyəti və s. xüsusiyyətləri araşdırılır.
Tullantının təhlükəlilik xüsusiyyətlərini identifikasiya etmək üçün aşağıdakı mənbələrin məlumatlarından da istifadə oluna bilər:
– prosesdə istifadə olunan xammal haqqında məlumatlardan;
– oxşar növ tullantıları olan başqa müəssisənin məlumatlarından;
– mövcud normativ-texniki sənədlərdəki məlumatlardan;
– kimyəvi-sorğu ədəbiyyatındakı məlumatlardan;
– oxşar tullantılarla əlaqədar baş vermiş qəza halları haqqındakı tarixi məlumatlardan.