29 dekabr 2023-cü il tarixdə rayon mərkəzində yerləşən “Xan” Şadlıq Sarayında 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
Heftelik.az-ın məlumatına görə, tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Şəhidlər Xiyabanı ziyarət edildi, şəhid məzarları önünə gül-çiçək dəstələri qoyuldu, ruhlarına dualar oxunub.
Tədbirdə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vaqif Mehdiyev açaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ruslan İsmayılov, şəhid Təhmiraz Cavadovun anası Xəysə Cavadova, şəhid Kərim Əliyevin atası Məhəmmədəli Əliyev çıxış ediblər.