Uşaqlardan ifadə alınarkən nələrin təmin edilməli olduğu açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Uşaqlardan ifadə alınarkən aşağıdakılar təmin edilir:
– cinayət haqqında cinayət təqibi orqanlarına məlumat daxil olduqdan sonra uşağın mənafeyi tələb etdiyi hallar istisna olmaqla, hər hansı gecikdirməyə yol verilmədən uşaqdan ifadə alınır;
– uşaqdan ifadənin alınması bu məqsədlə ayrılmış yerlərdə və ya yaradılmış xüsusi şəraitdə həyata keçirilir;
– uşaqdan ifadənin alınması cinayət prosesini həyata keçirən orqanın bu məqsədlə xüsusi hazırlıq keçmiş əməkdaşları tərəfindən həyata keçirilir;
– mümkün olduğu hallarda uşaqdan təkrar ifadənin alınması eyni şəxs tərəfindən həyata keçirilir;
– uşaqdan ifadələr iş üçün əhəmiyyətli hallarda və mümkün qədər az sayda alınmalıdır;
– mümkün olduğu hallarda uşaqdan bütün ifadələr videoçəkiliş aparılmaqla alınır.