İlkin istehsalla məşğul olan qida subyektləri istehsal etdikləri ilkin istehsal məhsullarının hava, torpaq, su, yem məhsulları, baytarlıq preparatları, aqrokimyəvi maddələr və bitki mühafizəsi vasitələri ilə çirklənməsinin qarşısını almaq üçün tədbirlər həyata keçirməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”ndə əksini tapıb.

Qida subyektləri yem əlavələrindən, baytarlıq preparatlarından, bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən texniki normativ hüquqi aktların tələblərinə uyğun istifadə etməlidir.