Şəbəkədə hesablama təzyiq bu normalarda qeyd edilənlərdən artıq olduqda təzyiqi azaldan qurğular (təzyiq tənzimləyicilər) və təsərrüfat-içməli su kəmərində özündən sonra sistemin statik, həmçinin dinamik iş rejimində hesablama təzyiqi təmin edən təzyiq tənzimləyiciləri nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Sanitar-texniki cihazların, suayırıcı və qarışdırıcı armaturlarının yanında işçi təzyiqin bu normaların 5.3.6-cı yarımbəndində nəzərdə tutulan hesablama təzyiqdən artıq olduğu binalarda su sərfi tənzimləyiciləri qurulan armaturlardan istifadə edilməsinə yol verilir.