Nasosların sorucu qolborularında hesablama təzyiq 0,05 MPa-dan az olduqda nasos qurğusundan əvvəl qəbuledici rezervuar nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Nasos qurğularının layihələndirilməsi və ehtiyat aqreqatların sayının təyini hər bir pillədə nasosların paralel və ya ardıcıl işi nəzərə alınmaqla AzDTN 2.11-1-ə uyğun yerinə yetirilməlidir. Hər bir nasosun basqılı borusunda əks klapan, bağlayıcı armatur və manometr, sorucu borusunda isə bağlayıcı armatur və manometr nəzərdə tutulmalıdır. Nasos basqı altında işləmədikdə sorucu boruda bağlayıcı armaturun qoyulmamasına yol verilir.