İnternat-evlərdə, uşaq evlərində və tibb müəssisələrində yerləşən yetkinlik yaşına çatmamış şəxslərə ünvanlanmış qeydiyyatlı poçt göndərişləri, pul köçürmələri bu müəssisələrin səlahiyyətli nümayəndələrinə hüquqi şəxslər üçün müəyyən olunmuş qaydada verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Fiziki pozuntularına görə qeydiyyatlı poçt göndərişinin, pul köçürməsi üzrə vəsaitin alınması barədə imza edə bilməyən ünvançı digər şəxsin köməyindən istifadə etmək hüququna malikdir. Bu halda ünvançının və poçt göndərişinin alınması üçün imza edən şəxsin şəxsiyyətlərini təsdiq edən sənədlərin məlumatları müvafiq blankda göstərilir.