Yaşayış və ictimai binalarda daxili su kəmərinin paylayıcı şəbəkəsinin zirzəmilərdə, texniki mərtəbələrdə, yeraltı texniki sahələrdə və çardaqlarda, çardaqlar olmadıqda isə birinci mərtəbənin döşəməaltı kanallarında istilik sistemi ilə birlikdə və ya çıxarıla bilən örtük quraşdırılmaqla döşəmə altında, həmçinin boru kəmərinin açıq üsulla çəkilməsinə yol verilən konstruksiyalarda və ya yuxarı mərtəbənin qeyri-yaşayış otaqlarının tavanı altında çəkilməsi nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Su kəmərlərinin mənzillərə və digər otaqlara girişləri, dik boruları, həmçinin bağlayıcı armaturlar, ölçü cihazları, tənzimləyicilər xüsusi texniki dolabları olan və texniki heyətin onlara sərbəst yanaşmasını təmin edən kommunikasiya şaxtalarında yerləşdirilməlidir.