Arxiv işlərinin verilməsinə yazılı icazəni Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi verir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

İşlər müvəqqəti istifadə üçün yarandıqları qurumlara, hissələrə, yaxud bu sənədlərə hüquqi səlahiyyəti olan digər qurumlara verilir. Başqa orqanlara onlar yalnız fondyaradanın və ya fondyaradanın tabe olduğu orqanın, təşkilatın rəhbərliyinin yazılı razılığı əsasında verilməlidir.

Razılaşdırılmadan verilə bilər:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin kadr aparatlarının, hərbi-həkim komissiyalarının sorğusu ilə sabiq əməkdaşların şəxsi işləri.