Qablaşdırma həyata keçirilən otaqlarda “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna uyğun olaraq yoxlamadan keçmiş termometr olmalı, temperatur rejiminə daim nəzarət edilməli və bununla bağlı temperatur cədvəlində qeydlər aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Daşınma üçün istifadə olunan və müvafiq soyuducu sistemə malik olan nəqliyyat vasitələri (refrijerator) təmiz saxlanılmalı, dezinfeksiya edilməli, digər qida məhsullarının daşınması üçün istifadə edilməməli, əgər belə hal baş verərsə, nəqliyyat vasitələri ət və ət məhsulları daşınmazdan əvvəl yenidən təmizlənib, dezinfeksiya edilməlidir.